Yuxarı

ABŞ quru əməliyyatına hazırlaşır - Ər-Riyad çətin durumda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ quru əməliyyatına hazırlaşır - Ər-Riyad çətin durumda

Husilər cənubun bəzi hissələrinə nəzarət edən və əsasən BƏƏ tərəfindən dəstəklənən beynəlxalq səviyyədə tanınmış hökumətə qarşı Yəmənə nəzarət uğrunda mübarizə aparır.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Sual budur ki, hökumətə sadiq qüvvələr husilərə müqavimət göstərə biləcəklərmi? Analitiklər ABŞ-ın hava hücumlarına kömək etmək üçün bir neçə xüsusi təyinatlı dəstədən başqa əraziyə hər hansı bir qoşun göndərəcəyini gözləmir”, - məlumatda qeyd olunub.

Beynəlxalq Böhran Qrupunun Yəmən üzrə baş analitiki Əhməd Naytsın sözlərinə görə, Vaşinqton Yəmən qüvvələrini bəzi logistika və əsas döyüş sursatları ilə təmin edə bilər:

“BƏƏ uzun müddət Ədəndə yerləşən hökuməti dəstəklədiyi üçün “səssiz dəstək” verə bilər. Səudiyyə Ərəbistanının mövqeyi o qədər də aydın deyil”.

Analitik bildirib ki, Ər-Riyad husilərin öz infrastrukturuna qarşı pilotsuz təyyarələr və uzaqmənzilli raketlərdən istifadə edərək qisas almasından qorxur:

“Lakin son aylarda ABŞ Səudiyyə Ərəbistanına raketdən müdafiə sistemlərinin çatdırılmasını sürətləndirib. ABŞ Ər-Riyada deməlidir ki, biz sizi 2024-cü ildə İsraili İranın iki raund hücumundan qoruduğumuz kimi qoruyacağıq”.

Regional diplomatik mənbələr cənub və şərq, eləcə də sahil boyu başlayacaq quru əməliyyatı üçün hazırlıqların getdiyini bildirir.

Tarix
2025.04.06 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla