Yuxarı

Rusiya son 14 ilin ən böyük səfərbərliyinə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya son 14 ilin ən böyük səfərbərliyinə başladı

Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-dək keçirilir. Bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.

Axar.az xəbər verir ki, 2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmış, 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırılması ilə pik həddinə çatmışdı.

Amma sonrakı illərdə kəskin azalma başladı. Rusiyanın müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında olub - 120 min nəfər. Builki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır.

Çağırışçıların sayındakı bu artım Prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Putinin fərmanına əsasən, növbəti üç il ərzində hərbi qulluqçuların sayının 1,5 milyona çatdırılması planlaşdırılır.

Tarix
2025.04.07 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla