Yuxarı

Ukrayna hərbçisi çirkli çəkməyə görə üzr istədi - Cavabı ağlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi könüllü batalyonu "Hospitalyerlər”in ekipaj komandiri Oleq Maqdiç cəbhədən qayıdarkən təmiz "İntersiti” qatarına palçıqlı hərbi çəkmələrlə mindiyi üçün "Ukrzaliznıtsia”dan üzr istəyib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hərbçi bu sözləri yazıb:

"Bu, bir neçə saat əvvəl döyüş bölgəsində torpağa basılan ayaqlardır. İndi isə təmiz və səliqəli "İntersiti” vaqonundadır. Və bu ayaqlar sahibinə o qədər utanma hissi verir ki... Bağışlayın, "Ukrzaliznıtsia". Növbəti dəfə ayaqqabılarımı daha yaxşı təmizləyəcəyəm".

Onun paylaşımına "Ukrzaliznıtsia”nın cavabı isə sosial şəbəkələrdə geniş rezonans doğurub. Şirkət təmsilçiləri yazıblar:

"Siz üzr istəyirsiniz? Biz isə baş əyirik. Çünki bu çəkmələr – bir rəmzdir. Bizə sülh gətirən müharibənin izi. Sizin qoruduğunuz torpağın çirkidir bu. Bizə təmiz ayaqqabı altı lazım deyil. Bizə canlı qəhrəmanlar lazımdır. Əgər siz "İntersiti”dəsinizsə, demək ki, biz öz işimizi görmüşük – sizi sülhə çatdırmışıq. Qoy bir neçə saatlıq olsun, bir günlük olsun – amma sülhə.

Siz təşəkkür etməli deyilsiniz. Təşəkkür edən bizik. Hər gün. Hər səfərdə”.

Bu cavab Oleq Maqdiçi kövrəldib. O bildirib ki, cavabı oxuyarkən göz yaşlarını saxlaya bilməyib:

"Oturmuşam, şərhinizi oxuyuram. 3 dəqiqəyə güclə oxudum. Çünki hər cümlədən sonra pəncərəyə baxıb göz yaşlarımı gizlədirdim. Və bu anda kafedən bir oğlan yaxınlaşdı. Müxtəlif şirniyyatlar təklif etdi. Pulsuz. Əsgərlərə təşəkkür olaraq. Ay daa… Siz mənim sinir sistemimə nə edirsiniz belə”.

Qeyd edək ki, daha əvvəl "Ukrzaliznıtsia” hərbçilər və onların ailələri üçün qatarlarda xüsusi bilet ehtiyatı ayırdığını açıqlamışdı.

Tarix
2025.04.08 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin sədri Rusiyada səfərdədir

İlham Əliyev Sloveniya XİN rəhbərini qəbul etdi

Prezident Çin səfirini qəbul etdi - Foto

XİN başçılarının müavinləri görüşəcək

Putin parada elə bir ordu çıxarmaq istəyir ki…

Zəngəzurda daha bir İran yük maşını aşdı - Foto

Kərim Vəliyev Slovakiyada - Foto

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla