Yuxarı

Azıx mağarası işğal zamanı silah anbarı olub... - Hacıyeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azıx mağarası işğal zamanı silah anbarı olub... - Hacıyeva

Təəssüf ki, insanlığın beşiklərindən biri sayılan Azıx mağarası Ermənistan işğalı zamanı silah anbarı kimi istifadə olunub.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

Xidmət rəisi azad olunan ərazilərdə işğal zamanı mədəni irsə vurulan zərbələrdən bəhs edib:

“Ağdam şəhəri elə bir hala salınıb ki, biz oranı “Azərbaycanın Hiroşiması” adlandıra bilərik. Füzulidə, demək olar ki, yararlı vəziyyətdə qalan tikili yoxdur”.

Səbinə Hacıyeva bildirib ki, işğaldan azad olunduqdan sonra Xudavəng monastırı ilə bağlı araşdırmalar aparılıb, arxeoloji məlumatlar öyrənilib:

“Bu məşhur kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır”.

Tarix
2025.04.17 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Növbəti raund: Şərifov Darsalia ilə müzakirələr apardı

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla