Yuxarı

Çin qeyri-nüvə hidrogen bombasını sınaqdan keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin qeyri-nüvə hidrogen bombasını sınaqdan keçirdi

Çinli tədqiqatçılar heç bir nüvə materialından istifadə etməyən hidrogen əsaslı partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, nəzarət olunan sahə sınaqları zamanı dağıdıcı kimyəvi zəncirvari reaksiya meydana çıxıb.

Bildirilib ki, qurğunu Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) 705 Araşdırma İnstitutu hazırlayıb. Bombada maqnezium hidrid adlı kimyəvi birləşmədən istifadə edilir. İki kiloqramlıq cihazın sınaq partlayışı zamanı temperaturu 1000 dərəcədən çox olan alov topu yaranıb.

"Adi partlayıcılarla aktivləşdirildikdə maqnezium hidrid sürətli termal parçalanmaya məruz qaldı, hidrogen qazını buraxdı və alovlandı”, - institutun elmi əməkdaşı Van Syuefen deyib.

Qurğunun yaradıcılarının fikrincə, bu kombinasiya partlayışın intensivliyinə dəqiq nəzarət etməyə, geniş ərazidə hədəflərin vahid şəkildə məhv edilməsinə asanlıqla nail olmağa imkan verir.

Tarix
2025.04.20 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla