Yuxarı

ABŞ-la danışıqlar səmərəli ola bilər - Arakçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-la danışıqlar səmərəli ola bilər - Arakçı

ABŞ-la danışıqlar səmərəli ola bilər.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, İran və ABŞ arasında xoşməramlılıq və realizm davam edərsə, danışıqlar səmərəli ola bilər.

Arakçı həmçinin Romada keçirilən danışıqların konstruktiv olduğunu qeyd edib.

Tayani də öz növbəsində İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib.

O, İtaliyanın bu diplomatik prosesin irəliləməsinə kömək etməyə hazır olduğunu bir daha bəyan edib.

Qeyd edək ki, ABŞ və İran rəsmiləri 12 apreldə Maskatda, 19 apreldə isə Romada Omanın vasitəçiliyi ilə görüşüblər. Danışıqların 3-cü raundu 26 apreldə yenidən Omanda keçiriləcək.

Tarix
2025.04.20 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla