Yuxarı

Ermənistanın dövlət borcu kəskin artdı - Fantastik məbləğ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın dövlət borcu kəskin artdı - Fantastik məbləğ

Ermənistanın dövlət borcu martın 31-nə 5 trilyon 318 milyard dram təşkil edib ki, bu da 2024-cü ilin sonundakı göstəricidən 4,4% çoxdur. Dollar ifadəsində borc 5,8% artaraq 13,581 milyard dollara çatıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında maliyyə naziri Vahe Ovannisyan bildirib.

Nazir qeyd edib ki, dövlət borcunun artımı dövlət büdcəsində və ortamüddətli borc strategiyasında müəyyən edilmiş parametrlərə uyğundur. Bu sənədlər həm borclanmanın həcmini, həm də vəsaitlərin mənbələrini müəyyən edir.

Eyni zamanda, dövlət borcunun ÜDM-ə nisbəti ötən illə müqayisədə 0,1% azalıb.

O, həmçinin bildirib ki, daxili borcun payı 50%-ə çatıb.

2024-cü ilin sonunda dövlət borcu təxminən 5 trilyon 93 milyard dram (təxminən 12,8 milyard dollar) təşkil edib.

Tarix
2025.05.02 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla