Çox böyük oğurluqlar etmişəm - Şərurlu İsfəndiyar
00:37
| Ana səhifə Planet |
|
Yəmənin Baş naziri Əhməd Avad bin Mübarək istefa verib.
Axar.az xəbər verir ki o, bu barədə sosial şəbəkədə bildirib.
"Prezident Şurasının rəhbəri Rəşad əl-Alimi ilə görüşümü başa çatdırdım və ona baş nazir vəzifəsindən istefa ərizəmi təqdim etdim", - bin Mübarək qeyd edib.
O, istefa qərarını "konstitusiya səlahiyyətlərini yerinə yetirmək və hökumətdə dəyişikliklər etmək iqtidarında olmaması" ilə izah edib, eləcə də işində çoxlu çətinliklərlə üzləşdiyini vurğulayıb.
Qeyd edək ki, Əhməd Avad bin Mübarək 2024-cü ilin fevral ayının əvvəlində Yəmənin Baş naziri təyin edilmişdi.
|
Tarix
2025.05.03 / 17:30
|
Müəllif
Axar.az
|