Yuxarı

Bu şərtlə əməliyyatları dayandıracağıq! - Pakistan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şərtlə əməliyyatları dayandıracağıq! - Pakistan

Hindistan "Sindur" hərbi əməliyyatını və digər təcavüzkar hərəkətləri dayandırarsa, Pakistan münaqişədə gərginliyi artırmayacaq.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif "Blumberq" agentliyinə müsahibəsində deyib.

"Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq. Lakin bizə hücum edildiyi müddətdə cavab verməli və özümüzü müdafiə etməli olacağıq", - X. Asif bildirib.

İki ölkə arasında qarşılıqlı zərbələrdən sonra danışıqların mümkünlüyünə dair suala cavab verən nazir qeyd edib ki, o, belə təmasların olmasından xəbərsizdir.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.

Tarix
2025.05.07 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla