Yuxarı

Baş nazir Çin səfiri ilə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir Çin səfiri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Szinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb.

Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyətinə toxunulub. Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı qeyd edilib.

Görüşdə Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tarix
2025.05.15 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla