Yuxarı

Trampı BƏƏ-də qadınlar niyə belə qarşıladı? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın BƏƏ-yə səfəri zamanı qarşılanması görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, görüş zalına daxil olan zaman Tramp və BƏƏ rəsmisini sıra ilə düzülən qadınlar başlarını sağa-sola çevirərək salamlayıblar.

Qeyd edək ki, BƏƏ və ümumilikdə bəzi ərəb ölkələrində rəsmi qonaqları qarşılayarkən qadınların və ya kişilərin başlarını sağa-sola ritmik şəkildə əyərək etdiyi bu hərəkət, “Al-Ayyala” və ya “Yovla” adı verilən ənənəvi bir rəqs növünün tərkib hissəsidir.

Ənənənin çox qədim tarixi var: qızlar bakirə və uzunsaçlı olurlar. Bu hərəkətin və rəqsin mənası qonağa yüksək səviyyədə ehtiram, onu şərəfləndirməkdir.

Həmçinin rəqs qəhrəmanlıq, birlik və qəbilə qürurunu ifadə edir. Bu, BƏƏ-nin mədəni irsinin bir hissəsidir.

Simvolik anlamda isə qadınlar saçlarını sağa-sola ataraq və başlarını əyərək ritm tuturlar – bu, onların zərifliyini və qonağa verdikləri önəmi simvolizə edir.

Bu tip mərasimlər BƏƏ kimi ölkələrdə milli kimliyin nümayişidir və xüsusilə yüksək səviyyəli dövlət adamları gəldikdə təşkil olunur.

Tarix
2025.05.15 / 19:06
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Vüsal Məmmədov işdən çıxarıldı

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - Foto

Ərdoğanla Zelenskinin görüşü başa çatdı - Foto

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Zaxarovadan hərbçilərimizin paradda iştirakına münasibət

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Azərbaycanla qardaşlıq üçün çalışırıq - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla