Yuxarı

Rusiya Ukraynanın bu vilayətlərində bufer zona yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva artıq 2025-ci ilin yay-payız hərbi kampaniyasının əsas məqsədlərini müəyyən edib və döyüş əməliyyatlarını dayandırmaq niyyətində deyil. Vladimir Putin əsas hədəf kimi Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə qədər ələ keçirilməsini, eləcə də Sum və Xarkov vilayətlərində 15-20 km dərinliyində bufer zonası yaradılmasını müəyyən edib.

Axar.az xəbər verir ki, bu məlumatı "RBK-Ukrayna" öz mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Rusiya bu il müqavilə əsasında 343 min hərbçi cəlb etməyi planlaşdırır ki, bu da ordunun döyüş qabiliyyətini ilin sonuna qədər saxlamağa imkan verəcək. Texnikada problemlər olsa da, zirehli maşınların yerini motosiklet, kvadrosikl və digər yüngül nəqliyyat vasitələri ilə əvəz ediblər.

Ukrayna hərbi mənbələri hesab edir ki, Rusiyanın bu yay Donetsk, Zaporojye və ya Xerson vilayətlərini tam ələ keçirməsi real deyil. Bununla belə, Moskva sərhəddə bufer zonası yaratmaqla müharibəni uzatmaq niyyətindədir.

Qeyd edək ki, Vladimir Putin hökumət üzvləri ilə görüşdə Rusiya-Ukrayna sərhədi boyunca təhlükəsizlik bufer zonasının yaradılması ilə bağlı qərar verildiyini açıqlayıb.

Tarix
2025.05.23 / 18:08
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Mixalko sammitə görə Azərbaycanı təbrik etdi

Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa

Ermənistanın Baş Qərargah rəisi də işğalda iştirak edib - Sübut

Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...

5 il əvvəl kimə desəydin ki… - Hikmət Hacıyev

Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı

Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan

Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...

Hikmət Mirzəyev Türkiyənin ordu generalı ilə görüşdü

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla