Yuxarı

Hikmət Mirzəyev Türkiyənin ordu generalı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkədə səfərdə olan Türkiyə Quru Qoşunlarının Birinci Ordu komandiri ordu generalı Mətin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətinə və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini də ziyarət edib. Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.

Tarix
2025.05.23 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bu kəndlərin Azərbaycana qaytarılmasından 1 il ötür

Ceyhun Bayramov iki ölkənin səfiri ilə görüşdü

Mixalko sammitə görə Azərbaycanı təbrik etdi

Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa

Ermənistanın Baş Qərargah rəisi də işğalda iştirak edib - Sübut

Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...

5 il əvvəl kimə desəydin ki… - Hikmət Hacıyev

Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı

Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan

Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla