Yuxarı

Xəzərin Qazaxıstan sahilində 117 ölü suiti tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin Qazaxıstan sahilində 117 ölü suiti tapıldı

Qazaxıstanın Mangistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ölmüş heyvanlar Tupkaraqan rayonunda Fort Şevçenko şəhərinin Asan, Mıs Bautin və Mıs Urdyuk ərazilərində tapılıb:

“Cəsədlərin parçalanmasına baxsaq, tapılan suitilər ötən ilin noyabr-dekabr aylarında ölüb. Suiti cəsədləri yığılaraq sanitar normalara riayət etməklə poliqonda məhv edilib”.

Vurğulanıb ki, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.

Xəzər suitisi endemikdir və bu dənizin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qida mənbəyi balıqlar, əsasən kilkə, aterinkimilər, həmçinin molyuska və krevetlərdir. Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur: onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə köç edirlər.

Tarix
2025.05.25 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla