
İrandan MAQATE-nin hesabatına dərhal reaksiya
21:47
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşlə yekunlaşa bilər.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiha ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə İstanbul danışıqlarını yeni başlanğıc kimi qiymətləndirir:
“Biz sübut etdik ki, danışıqlar real nəticələr verə bilər. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tam dəstəkləyirik”.
Tarix
2025.05.30 / 13:31
|
Müəllif
Axar.az
|