Yuxarı

Rusiyanın atəşkəs memorandumu: Görün, nələr tələb edir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın atəşkəs memorandumu: Görün, nələr tələb edir!

Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı memorandumunda atəşkəs üçün iki variant var.

Axar.az xəbər verir ki, bu barədə memorandumla tanış olan “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, birinci variant Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən Ukrayna qoşunlarının çıxarılmasını nəzərdə tutur.

İkinci təklif paket xarakterlidir: bu, qoşunların yerdəyişməsinə qadağa, səfərbərliyin dayandırılması və Kiyevə xarici hərbi yardımın verilməsinə aiddir.

Bu variant həmçinin üçüncü ölkələrin hərbi mövcudluğunun aradan qaldırılmasını və Ukraynada elan edilmiş hərbi vəziyyətin ləğvini nəzərdə tutur.

Bundan əlavə, təklifdə Ukraynada hərbi vəziyyətin ləğvindən sonra 100 gündən gec olmayaraq seçkilərin keçirilməsini nəzərdə tutur.

Memorandumun əsas hissələri bunlardır:

- Ukraynanın neytrallığı, hərbi ittifaqlara üzv olmaması;

- Ukraynanın qeyri-nüvə statusu, silahlı qüvvələrin sayına məhdudiyyət qoyulması;

- Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi;

- Krım, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasının beynəlxalq hüquqi tanınması;

- Hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qarşılıqlı tələblərdən imtina;

- Rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, nasizmin tərənnüm edilməsinin qadağan edilməsi.

Qeyd edək ki, iyunun 2-də İstanbulun Çırağan sarayında Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti görüş keçirilib.

Tarix
2025.06.03 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla