
Türkiyədə meşə yanğınları: 50 mindən çox insan təxliyə olundu
22:47
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda yaşayış massivləri yaxınlığında meşə yanğınları başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, güclü külək səbəbindən yanğın sürətlə ətraf ərazilərə yayıldığı üçün 1500-ə yaxın sakin evlərindən təxliyə edilib. Həmçinin yanğın rayon məzarlığına da ciddi ziyan vurub.
Hazırda havadan və qurudan yanğının söndürülməsi işləri davam etdirilir.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Tarix
2025.06.30 / 17:41
|
Müəllif
Ləman Cavadova
|