Yuxarı

Hakimiyyət böhranı: Putin xalq arasına çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakimiyyət böhranı: Putin xalq arasına çıxdı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin oktyabrından bəri ilk dəfə olaraq ictimaiyyət arasına çıxıb. Bu cür hadisələr Rusiya hakimiyyətindəki böhran dövründən xəbər verir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyadakı müxalif “Agentstvo.Novosti” layihəsində yayımlanan məqalədə bildirilib.

Kremlə bağlı media orqanları Putinin 27 iyul - bazar günü Sankt-Peterburqda limuzinindən enərək küçədə insanlarla görüşdüyünü əks etdirən görüntüləri yayıb.

Nəşr qeyd edir ki, son illərdə Putin yalnız hakimiyyətinə təhdid yaradan hadisələrdən sonra xalqla ünsiyyət qurur – buna misal olaraq Yevgeni Priqojin üsyanı göstərilir:

“Bu dəfə dövlət başçısı mərkəzi Rusiyanın şəhərlərinə PUA ilə hücumların artmasından sonra insanların qarşısına çıxdı. Təhlükəsizliklə bağlı problemlərə görə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Hərbi Dəniz Qüvvələrinin paradı da ilk dəfə olaraq ləğv edildi. Ləğvə baxmayaraq, Putin yenə də şəhərə gəldi, dənizçilərdən hərbi salam aldı və parad zamanı olduğu kimi Neva çayında katerlə gəzişdi”.

Nəşr əlavə edir ki, Putin sonuncu dəfə ötən ilin oktyabrında Başqırdıstana səfəri zamanı ictimaiyyət arasına çıxmışdı. Ondan əvvəl isə sentyabrda Tuvada səfərdə olarkən xalqla ünsiyyət qurmuşdu.

Tarix
2025.07.28 / 07:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla