Yuxarı

Həkimlər məşhur müğənninin gənc qohumunu öldürdü - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimlər məşhur müğənninin gənc qohumunu öldürdü - Foto

10:44

Afaq Ələsgərova adlı xanım qardaşı, 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü bildirib.

Axar.az xəbər verir ki, Ölkə.az-a müraciət edən A.Ələsgərova qardaşının iyunun 24-də müayinə olunmaq üçün "Grand Hospital"a getdiyini yazıb:

"İyunun 24-də öz ayağı ilə Həsən Əliyev küçəsində yerləşən "Grand Hospital"a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatoloq Gülnarə Ağayevanın yanına müayinəyə apardıq. Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə, qardaşım komaya düşdü və həyatını itirdi. Həmin Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üç günlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim yanmasın o vicdansız qatillərin ucbatından. "Grand Hospital" ölüm məkanıdır".

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.

***

Məsələ ilə bağlı "Grand Hospital"dan Axar.az-a bildirdilər ki, bu gün və sabah xəstəxanada qeyri-iş günü olduğundan (xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri 6-7 iyul tarixlərində idi və bu gün rəsmi olaraq iş günüdür – red), həkimlər işə gəlməyib:

"Hepatoloq Gülnarə Ağayeva hazırda iş başında deyil, bayramdan sonra işə çıxacaq".

Tarix
2016.07.08 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla