Yuxarı

Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.

Bu sözləri Axar.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova zəncəfilin istifadə qaydasından danışarkən bildirib.

“Zəncəfilin tərkibindəki təsiredici maddələr, məsələn cincirol birbaşa iltihab əleyhinə və antioksidant təsir göstərərək sərbəst radikallarla mübarizədə əsas rol oynayır. Qurudulmuş zəncəfildə ağrıkəsici təsiri var; baş ağrısı, mədə ağrısı və ya digər nahiyələrdə ağrı hiss olunanda qurudulmuş və ya bir az bişirilmiş zəncəfildən istifadə etmək ağrını yüngülləşdirə bilər. Zəncəfil həm mikroblara qarşı təsirli, həm də tərkibindəki B6, C və E vitaminləri sayəsində sinir sistemi funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir və hüceyrələri qoruyaraq yeni hüceyrələrin bərpasına kömək edir. Həmçinin maqnezium, dəmir, sink, kalsium, fosfor və kalium kimi mineralların mövcudluğu sümük sağlamlığını dəstəkləyir, sinir və əzələ funksiyalarını bərpa edir və ürəyin sağlam fəaliyyətinə töhfə verir. Zəncəfilin yağı müalicə vasitəsi kimi istifadə olunur və lifli qida olduğuna görə mədə-bağırsaq sistemini dəstəkləyir”, - o bildirib.

Ekspert zəncəfildən istifadə edərkən onun faydalarından yararlanmaqla yanaşı, zərərlərinə də diqqət etməyin vacibliyini vurğulayıb:

“Həddindən artıq qəbul mədədə yanma, mədə turşuluğunun artması və qəfil spazmlara səbəb ola bilər. Qan laxtalanmasını gecikdirir və qan durulducu təsir göstərdiyi üçün xüsusilə əməliyyat öncəsi çox istifadə olunmamalıdır. Hamiləlikdə diqqətlə istifadə edilməlidir, çünki çox miqdarda qəbul erkən doğum riskini artırır. Həmçinin təzyiqi aşağı salma təsiri olduğundan, aşağı təzyiqli insanlar onu çox qəbul etməməlidir. Bu halda baş gicəllənməsi, baş ağrısı, qəfil ürək getməsi kimi reaksiyalar yarana bilər, çox nadir hallarda isə alerjik reaksiyalar dəridə səpki və qaşınmaya səbəb ola bilər.

Ümumiyyətlə, zəncəfildən doğru miqdarda və düzgün şəkildə istifadə edildikdə, orqanizm üçün bir çox faydalı xüsusiyyətlərindən yararlanmaq mümkündür”.

Tarix
2026.04.11 / 02:00
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla