Yuxarı

26 yaşlı qadın analıqdan məhrum oldu - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.

Axar.az ARB TV-ə istinadən xəbər verir ki, ailə üzvləri Aygünün doğuşadək daim həkim nəzarətində olduğunu və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilmədini bildiriblər.

Nəsibə Qasımova (zərərçəkənin anası): "Mən 11 aydır ki, qızımı Xatirə həkimin yanına gətirmişəm. Yəni boş qarına Xatirə həkim 3 ay müalicə edib. Ondan sonra 9 ay mütəmadi olaraq bu həkimin xəstəsi olub. Deyib ki, doğuşa hazırdır, mən onu doğuzduracağam. Birdən-birə dedi ki, doğuzdurammıram, qeysəriyyə əməliyyatı edəcəm".

Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Təcili anaya qan köçürmək lazım gəlir.

Nəsibə Qasımova: "Orada qan yox idi. Qanı 70 manata aldıq. Vaxtında çatsa, mənim uşağım bu vəziyyətə düşəsi deyildi".

İttihamlar bununla bitmir. Xəstə yaxınları bildirir ki, adı dövlət xəstəxanası olsa da, Tovuz rayon Mərkəzi Xəstəxanası özəl tibb müəssislərindən heç də geri qalmır. Təbii ki, xidmətin keyfiyyətinə yox, ödənişə görə. O qədər pul istəyirlər ki, bilmirlər xəstəni düşünsünlər, yoxsa onlardan tələb olunan pulu hardan tapacaqlarını.

Cabir Qasımov (zərərçəkənin qayını): "Nə Xatirə həkimə, nə də Xanlar həkimə müraciət edin. Onlar neçə ailəni bədbəxt ediblər. Qapıçıdan tutmuş hər biri pul istəyir".

İttihamları qəbul etmək istəməyən həkimlər hərəkətlərinə bu cür bəraət qazandırdılar.

Xatirə Quliyeva (ginekoloq): "Əgər 4 saatdan artıq müddətdə gələcək hissə müstəvilərlə irəliləmirsə, bu artıq kliniki dar çanağı sübut edir və qeyser kəsiyi əməliyyatına göstərişdir. Bu barədə məlumat verdim onlara və dedim ki, xəstənin əməliyyata götürülməsi zəruridir, ölümlə nəticələnə bilər, uşaqlığın cırılmağı ilə nəticələnə bilər. Xəstəni əməliyyata götürdük".

Əməliyyatın nəticəsi olaraq Aygünün çəkisi 3 kq 800 qram olan qız övladı dünyaya gəlir. Ana və uşağın vəziyyəti kafi qiymətləndirilir. Əməliyyatdan təxminən 45 dəqiqə sonra xəstənin uşaqlıq yolunda qanaxma başlayır. Ümumi vəziyyəti ağırlaşır. Nəbzi dəqiqədə 94 dəfə vurur, arterial təzyiq enir və qanaxma dayanmır.

Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirir ki, "sən artıq ana ola bilməzsən" diaqnozu xəstəyə çox nadir hallarda qoyulur. O, bölgələrdəki xəstəxanalarda qan ehtiyatının olmaması məsələsinə də aydınlıq gətirib.

Sevinc Məmmədova (Respublika Perinetal Mərkəzinin direktoru): "Bölgələrdə qan yoxdur" demək düzgün deyil. Burada mütəmadi olaraq qan ehtiyatı olmalıdır".

Bəli, əslində belə olmalıdır. Amma Tovuz rayon Mərkəzi Xəstəxanasında tam başqa ab-hava hökm sürür.

İndi Qasımovlar ailəsini bir sual düşündürür: 26 yaşlı Aygünün Tovuz rayon Mərkəzi Xəstəxanasında başına gələnlər, analıqdan məhrum olması kimin günahıdır? Onlar bu sualın cavabını əldə etmək üçün hüquq mühafizə orqanlarının araşdırma aparmasını istəyirlər. Yalnız bundan sonra kimin haqlı, kimin haqsız olması ortaya çıxacaq.

Tarix
2017.07.04 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla