Yuxarı

Xərçəngi bu robot müalicə edəcək - İnanılmaz kəşf

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəngi bu robot müalicə edəcək - İnanılmaz kəşf

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan ilk avtonom DNK nanorobotlar yaratmağa və onları sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir nanorobot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Nanorobot ölçüsünə görə iynənin ucundan 5 min dəfə kiçikdir.

Axar.az xəbər verir ki, dezoksiribonuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir. Onun uzunluğu təxminən 90 nanometr, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və şişləri müstəqil şəkildə tapacaq. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam məhv olması müşahidə edilib.

“Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq, DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yaratmır”, – deyə çinli alim Çjao Yuylan bildirib. Hazırda alimlər kliniki tədqiqatlar aparırlar. Onlar bu inqilabi texnologiyaya şiş əleyhinə terapiya statusunun verilməsinə ümid edirlər.

Tarix
2018.03.06 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla