Yuxarı

Elnarə Tofiqqızının ölüm işi məhkəməyə göndərildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnarə Tofiqqızının ölüm işi məhkəməyə göndərildi

Tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaqı yekunlaşıb.

Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova APA-nın sorğusuna cavabında bildirib ki, Elnarə Niftəliyevanın (Tofiqqızı) ölümü ilə bağlı başlanmış cinayət işi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib.

E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Tarix
2014.11.03 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla