Yuxarı

Xəstəxanadan üç aylıq körpənin ölümü ilə bağ açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Uşaq Klinik Xəstəxanası üç aylıq körpənin ölümünə aydınlıq gətirib.

Xəstəxanadan Axar.az-a verilən məlumata görə, Mədinə Orxan qızı Əsgərzadə bu il martın 28-də saat 14.10 da valideynləri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasına gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırılığı ilə əlaqədar təcili Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Körpə daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır. Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük olçüdə (6-7 sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (ümumi kliniki, biokimyəvi, serroloji, insturmental və dar ixtisaslı həkimlər). Eyni zamanda xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə “Fetal hepatit, immun hemolotik anemiya” diaqnozu qoyuldu", - açıqlamada qeyd olunub.

Bildirilib ki, xəstə daxil olarkən Hb səviyyəsi cox aşağı (60 ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş idi:

"Valideyn heç bir sənəd təqdim etmədən şifahi olaraq doğum evində qan qrupunun A(II)Rh olduğunun deyildiyini vurğuladı. Buna əsaslanaraq həkim laborant tərəfindən qan qrupu üç dəfə yoxlanılaraq, 0(I)Rh+ təsdiq olundu. Bioloji sınaqlar aparıldıqdan sonra xəstəyə qan köçürüldü. Dörd dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb-nin səviyyəsi qalxmırdı. Bu da uşağın əsas xəstəliyi ilə əlaqədardır".

"Tibbi protokolara və elmi ədəbiyyatlara əsaslanaraq I qrup universal qan olduğundan bütün qruplara köçürülə bilər. Aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin bu il aprelin 4-də valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildirdilər. Bu barədə valideynlərdən iltizamnamə də alınıb", - açıqlamada vurğulanıb.

Tarix
2019.04.27 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla