Yuxarı

Köpü yaradan səbəblər: necə xilas olaq? – Həkim məsləhəti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köpü yaradan səbəblər: necə xilas olaq? – Həkim məsləhəti

Passiv həyat tərzi, hərəkət qabiliyyətinin az olması günün aktual problemlərindən olan köpü yaradan başlıca səbəblərdəndir.

Bu sözləri Axar.az-a açıqlamasında ümumu cərrah, koloproktoloq Türkan Gündüz bildirib. Həkimin sözlərinə görə, qəbizlikdən əziyyət çəkən insanlarda bu problem daha çox yaşanır:

"Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normalda bu, insana ciddi narahatlıq vermir. Bunun səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Adətən bu halda qaz çox olmur, insana heç bir narahatlıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sorulur.

Lakin qazın həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman müxtəlif pozulmalar – qarın nahiyyəsində güclü ağrılar, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s. baş verir".

T.Gündüz bildirib ki, köp daha çox qəbizliyin, ishalın, bağırsaqda baş verən xəstəliklərin və yaxud mədəaltı vəzinin, öd kisəsinin düzgün işləməməsi zamanı yaranır. Yəni bunlar həzm sisteminin yaxşı işləməməsinə, bu isə köpə səbəb olur:

"Buna görə də köpdən azad olmaq üçün ilk olaraq onu yaradan səbəbləri aşkarlamaq, sonra doğru müalicə metodu seçmək lazımdır.

Başlıca olaraq isə köpdən azad olmaq üçün fiziki aktivliyi artırmaq, lifli qidalardan daha çox istifadə etmək, yağlı və qızardılmış yeməklərdən, alkoqoldan, şəkərli və unlu məhsullardan tamamilə imtina etmək, çoxlu maye qəbul etmək lazımdır.

Köpün qarşısını almaq üçün eyni zamanda konservativ dərman müalicəsi də var ki, bu, həkim-mütəxəssis tərəfindən təyin edilir”.

Tarix
2019.06.17 / 22:10
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla