Yuxarı

Pərpətöyünün sağlamlıq üçün faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pərpətöyünün sağlamlıq üçün faydaları

Pərpətöyünün tarixi 4 min il əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir sıra xəstəliyə qarşı qoruyucu təsiri var.

Doymamış yağ turşuları, xüsusilə Omeqa-3 və digər turşularla zəngin olan pərpətöyün ürək-damar sağlamlığını qoruyur. Tərkibindəki zəngin komponentlər sayəsində həm xolesteronu aşağı salır, həm də qan təzyiqinin normallaşmasında əhəmiyyətli rol oynayır.

Bakteriya və göbələk yaranmasına qarşı qoruyucu təsirə malik olduğundan bədəni xəstəlik yaradan mikroorqanizmlərdən qoruyur.

Antioksidant təsiri ilə həzm sistemini gücləndirir. Sidikqovucu və toksin təmizləyici xüsusiyyəti olan pərpətöyün böyrəklərdə olan qum və daşların xaric olmasına yardım göstərir. Tərkibindəki yüksək miqdarda liflər qəbizliyin qarşısını alır, eyni zamanda vitamin və minerallarla zəngin olması yorğunluq, halsızlıq və depressiyaya qarşı əhəmiyyətli rol oynayır. Dəridə quruluğun aradan qaldırılmasına kömək edir.

Tarix
2019.09.26 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla