Yuxarı

Günəbaxan tumu kökəldirmi?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günəbaxan tumu kökəldirmi?

Günəbaxan tumu yeməyi xoşlayan bir çox insanı eyni sual düşündürür: günəbaxan tumu kökəldirmi?

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu suala birmənalı cavab vermək çətindir. Bəziləri bu məhsuldan daim istifadə etdiklərini və kökəlmədiklərini söylədiyi halda, bəziləri bu tumların onlara çox mənfi təsir etdiyini və çəki artırdığını qeyd edirlər. Əksəriyyət düşünür ki, fiziki yüklənmələr tumdan gələn kalori yükündən istifadə etməyə imkan verir. Bəs günəbaxan tumu bu dərəcədə ziyanlıdırmı?

Artıq çəkili insanlar üçün rasional qidalanmaya diqqət etmək çox vacibdir. Diyetoloqların fikrincə, artıq çəki ilə mübarizədə ən önəmli amillər aktiv həyat tərzi, müntəzəm fiziki məşqlər, diyetdir. Düzgün qidalanma haqqında mütəxəssislərin fikirləri isə əsaslı şəkildə ziddiyyət təşkil edir. Günəbaxan tumunun kökəlməyə və ya arıqlamağa təsir etdiyi barədə fikirlər də bu qəbildəndir.

Bir çox diyetlər var ki, onların tərkibinə günəbaxan tumu da daxildir. Bu tumların tərkibində qanda xolesterolu aşağı salmağa imkan verən doymamış yağ turşuları vardır ki, bunlar həm də yaşlanma prosesini ləngidir. Bununla yanaşı günəbaxan tumlarının tərkibində bitki yağları da vardır ki, bunlar qanda xolesterol miqdarının azaltsalar da, nəticədə yenə də yağ olaraq qalırlar. Belə ki, günəbaxan tumunun kalori dəyəri çox yüksəkdir - 100 qr üçün 520 kilokaloridir ki, bu da ətin kalorisindən dəfələrlə çoxdur.

Təbii ki, günəbaxan tumu artıq çəki yaradır . Əsasən də qovrulmuş halda. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Azacıq qurutmaq da olar. Ancaq qovrulmuş dadlı tumların ləzzətinə qarşı gəlmək çox çətindir. Diyet saxlayanlar isə bu ləzzətdən imtina etməlidirlər. Hətta tumu öz rasionlarından tamamilə çıxarmaları məsləhətdir.

Tarix
2020.02.21 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla