Yuxarı

Azərbaycanlı alim: Virus kökündən məhv olacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı alim: Virus kökündən məhv olacaq

İkinci nəsil peyvəndlərin tətbiqindən sonra ümumiyyətlə, bu virusu kökündən məhv eləmək mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev "Yeni Musavat"a COVİD-19 və onun mutasiya olunmuş ştammı ilə bağlı müsahibəsində deyib.

“Bu virusa "yeni virus" demək, "virus yenidən mutasiya olundu, daha pis oldu" demək düzgün deyil. Bunu bilməlidirlər ki, bu gün nə qədər özlərini qoruyurlarsa, virusun yeni formasının yaranmasından asılı oımayaraq, mübarizəyə eyni şəkildə davam etməlidirlər. Əminliklə vurğulayıram ki, nə qədər təhlükəli olsa da, yeni virus növünün yayılmasının canlı ünsiyyətləri minimuma endirməklə qarşısını almaq olur. İkincisi isə insanlar bilməlidir ki, ikinci nəsil peyvəndlərin tətbiqindən sonra ümumiyyətlə, bu virusu kökündən məhv eləmək mümkündür. O da selikli qişa immunitetini yaratmaqla olacaq. Hətta mümkündür ki, həmin növ peyvəndləri buruna yalnız sprey şəklində vurmaqla insanlarda selikli qişa immuniteti yaradılsın. Bundan sonra da insan nə qədər bu virusla kontaktda olsa, xəstəliyə tutulmaz. Bunu yaratmaq mümkündür, ikinci nəsil peyvəndlərin artıq tədqiqatları aparılır. Avropada da var. Əgər belə davam edərsə, təxmini 11 aydan sonra onların da tətbiqini gözləmək olar. Düşünürəm ki, birdəfəlik bu problemdən qurtara biləcəyik”, - deyə azərbaycanlı alim bildirib.

Tarix
2020.12.24 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla