Yuxarı

Şok: Koronavirus 6 metrdən də yoluxa bilir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Koronavirus 6 metrdən də yoluxa bilir

Koronavirus nəinki yaxın təmas zamanı, hətta 6 metrdən çox məsafədən də yoluxa bilir.

Axar.az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi, dosent Ümid Savaşçı yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, ələlxüsus virus daşıyıcısı olan çox yüksək səslə danışan insanlar maska taxmadıqları halda hətta 6 metrdən çox məsafədən də virusu ötürə bilərlər.

O, koronavirusun ən çox ev şəraitində yoluxduğunu, bunun əsas səbəbinin evdə maska ​​istifadə edilməməsi olduğunu bildirib: "Fevral ayından bəri koronavirusla ciddi şəkildə mübarizə aparırıq. Bu müddətdə antikor pozitivliyim olmadı. Bunun səbəbi sosial məsafəyə diqqət yetirməyimiz, maskalardan istifadə etməyimiz və əl gigiyenasına əməl etməyimizdir. Hava-damcı yolu ilə yoluxan bütün infeksiyalıardan qorunmaq üçün ən azı 2 metrlik məsafəni gözləmək lazımdır".

Mütəxəssis vurğulayıb ki, virusu daşıyanlarla 15 dəqiqədən çox qapalı bir mühitdə maskasız qalanda yoluxma baş verir: "Burada təsir edici amillər də var, qapalı mühit ümumiyyətlə, havalandırılmırsa, daşıyıcı olanlar müəyyən müddətdə orada qalarsa, yoluxma baş verir. Xüsusən çox yüksək səslə danışanlar maska da taxmırlarsa, onların hətta 6 metrdən çox məsafədən də virusu yoluxdurmaq ehtimalı var. Maskanın qoruyuculuğu var. Qapalı mühitdə olanlar hamısı maska taxırsa, bu halda 90 faizdən çox qoruyuculuq yaranır".

Tarix
2020.12.27 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla