Yuxarı

Yoluxma kəskin azaldı, ölüm sayı niyə dəyişmir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoluxma kəskin azaldı, ölüm sayı niyə dəyişmir?

Sərt karantin tədbirlərindən sonra ölkədə gündəlik yoluxmada kəskin azalma müşahidə edilsə də, ölüm hallarının sayında hər hansı dəyişiklik baş verməyib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Axar.az-a danışan infeksionist Vüqar Cavadzadə bildirib ki, ölüm hallarının azalmamasına səbəb xəstəxanalarda müalicə alanların əksəriyyətinin vəziyyətinin ağır olması ilə bağlıdır:

“Koronavirusa yoluxanların bir çoxu evdə müalicə olunur. Evdə isə düzgün müalicə olunmayan, özbaşına dərman qəbul edən və ya naşı şəxslər tərəfindən müalicə yazılan xəstələrin vəziyyətində ağırlaşma qeydə alınır. Məhz bu halda xəstəxanaya müraciət edildiyi üçün hazırda xəstəxanada müalicə alanların əksəriyyətinin vəziyyəti orta-ağır və ya ağırdır. Ölüm hallarının azalmamasına səbəb də budur”.

İnfeksionist onu da qeyd edib ki, sərt karantində yoluxma azalsa da, qeyri-rəsmi rəqəmlərlə birlikdə say gündəlik statistikadan 2-3 dəfə çox olur:

“Sərt karantin rejiminin tətbiq edilməsi ilə yoluxma sayında azalma müşahidə edilir. Bu azalmanı biz həkimlər də gündəlik iş rejimimizdə hiss edirik. Amma nəzərə almaq lazımdır ki, testdən kənarda qalan xəstələr də var. Qeyri-rəsmi rəqəmlərlə birlikdə yoluxanların sayı gündəlik açıqlanan statistikadan 2-3 dəfə artıqdır”.

Qeyd edək ki, sərt karantindən sonra rəsmi açıqlanan rəqəmlərdə gündəlik yoluxma sayı 4600-dən 3 dəfəyə yaxın aşağı düşsə də, ölüm halları 38-dən az olmur.

Tarix
2020.12.29 / 13:04
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla