Yuxarı

Korona panikasından qorunmaq vacibdir – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona panikasından qorunmaq vacibdir – Həkim

Koronavirusun mutasiyaya uğramış forması ortaya çıxıb və insanların çoxu yeni növə yoluxmaqdan qorxur. Bəzən isə deyirlər ki, vaksinasiyanın başlanması virusun çoxalmasına səbəb olacaq. İnsanlarda xəstəliyə qarşı qorxu, fobiya formalaşmağa başlayıb. Fobiyanı yaşayanlar yanaşı xəstəliyi olan insanlardır. Yanaşı xəstəlik dedikdə, şəkər, yüksək təzyiq, xərçəng xəstələri nəzərdə tutulur. Bu insanlarda ölümdən qorxu daha çox olur.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova son günlər koronavirusa yoluxanların və bu virusdan həyatını itirənlərin sayının çoxalması ilə əlaqədar insanların üzləşdiyi psixoloji problemlər haqda danışarkən deyib.

“Koronavirus ortaya çıxan zaman heç kim inanmırdı. Epidemiyanın bir sıra ölkələrin iqtisadiyyatını sıfırlaşdırmaq məqsədilə yarandığını düşünürdülər. Zaman keçdikcə insanlar bu virusa inanmağa başladı. Çünki xəstəlik qısa müddət ərzində bütün dünyaya yayıldı. Bu xəstəliyə inanmayanlar şüuraltında ölüm qorxusunu daha çox yaşayanlardır. Yəni bu insanlar ölümdən həddən artıq qorxduqları üçün xəstəliyi qəbul edə bilmirlər.

İnsanlar çalışmalıdırlar ki, psixoloji vəziyyətlərinə diqqət etsinlər. Bunun üçün davamlı olaraq o xəbərləri izləmək olmaz. Bəzən qeyri-peşəkar insanların yaydığı xəbərlərdən dolayı insanlar panikaya düşürlər. Ümumiyyətlə, insan qorxan zaman stress yaşayır. Stress yaşadıqda isə iştahı küsür, immuniteti zəifləyir və xəstəliyə yoluxma ehtimalı artır”, - psixoloq bildirib.

Tarix
2021.01.05 / 08:30
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla