Yuxarı

Pandemiyadan sonra ölüm sayı artacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiyadan sonra ölüm sayı artacaq

İşsiz insanlarda ölüm riski işi və gəliri olan insanlara nisbətdə 5 dəfə çox olur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, artıq dünyada kardioloqlar pandmeiya bitdikdən sonrakı 5 ildə gənc və orta yaşlı insanlar arasında iqtisadi krizis səbəbindən ürək-damar xəstəliklərinin artacağı, kəskinləşəcəyi və buna bağlı qəfləti ölümlərin olacağı ilə bağlı həyəcan siqnalı verir.

Kimsə işini itirdiyindən işsiz qalırsa, ya ali məktəbi bitirib, iş tapa bilmirsə, yaxud işsizlikdən ailə həyatı qura bilmirsə, bunların hamısı daxili gərginliklərin yaranmasına səbəb olur. Ona görə də işləməyən insanlar arasında ölüm nisbəti işləyənlərə nisbətən daha çox olur.

Kardovaskulyar xəstəliklər (ürək və beyin xəstəlikləri) ümumi ölümlərin 60 faizini təşkil edir. Bundan sonra onkologiya, travmatologiya və digər xəstəliklər üzrə ölümlər gəlir.

Son zamanlar Azərbaycanda nevroloji problemlər, insultlar, beyin qan dövranı çatışmazlığı artır. Bütün xəstəliklərdə olduğu kimi, ürək-damar xəstəliklərində də genetika 4-5 faiz rol oynayır. Qadınlarda arterial hipertenziyanın yayılması daha çox olur.

Onlarda 65 yaşından sonra ürəyin işemik xəstəliyi sürətlə artmağa başlayır və kişilərə nisbətən daha çox rast gəlinir. Kardovaskulyar xəstəliklər qadınlarda, xüsusilə də yaşlı qadınlar arasında müşahidə edilir.

Tarix
2021.03.11 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla