Yuxarı

Kərə yağı xərçəng xəstəliyinə qarşı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərə yağı xərçəng xəstəliyinə qarşı

İllərdir kərə yağının orqanizmdə xolesterini yüksəltməsindən və bununla da hipertoniya, iflic, infarkt xəstəliklərinə səbəb olmasından bəhs olunur. Ancaq elm adamlarının son araşdırmalarına görə, kərə yağı orqanizmə gündəlik gərəkli bəlli ölçüdə qəbul olunarsa, bır sıra xəstəliklərin qarşısını almaq mümkündür.

Kərə yağının olduqca qidalandırıcı - orqanizmə xeyirli tərkibi var; kalsium, fosfor, dəmir, müxtəlif adda vitaminlərlə (C, A1, B1, B2, nikotin turşusu və s.) bol olan bu yağ, xüsusilə, A vitamininin mənbəyi sayıla bilər, antibakterial təsirə malikdir, yod ilə zəngindir, tərkibində linol turşusu olduğu üçün iltihab, allergiya və xərçəngə qarşı ən güclü qoruyucu vasitədir. Diş çürüməsi və yaddaş zəifliyi xəstəlikləri zamanı müalicəvi əhəmiyyəti böyükdür. Həzmi rahatdır, mədəni gücə salmır.

Bütün bu qeydləri göstərən kanadalı elm adamı - Albert Universitetinin professoru Spenser Proktor kərə yağının ürək-damar xəstəliyi riskini artırdığını deyil, əksinə, azaltdığını, şəkər xəstəliyi və piylənmənin müalicəsi zamanı həkimə yardımçı olduğunun bildirir.
Alimin qeydlərinə görə, bu günə qədər kərə yağı haqqında insanlarda yanlış təəssürat yaradılıb. Onun xeyirli tərəflərini açıqlamaqla bir çox xəstələrə yardım etmək olar. Ancaq o, bunları da qeyd edib ki, əgər kərə yağının bütün müsbət xüsusiyyətləri ilə bərabər ondan istifadə zamanı qəbul etdiyimiz yağı enerji olaraq yandıra bilmiriksə, o zaman orqanizmdə müəyyən problemlər yarana bilər.

Tarix
2013.10.12 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla