Yuxarı

Ali Məhkəmə qatil həkimin iddiasını rədd etdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Məhkəmə qatil həkimin iddiasını rədd etdi

Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Apelyasiya Məhkəməsinin hazırlıq iclasından verilən şikayətə bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılıb.

Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin vəkili Aqil Layıcovun sözlərinə görə, proses zamanı 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə ittiham olunmasına baxmayaraq, cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə 2 il azadlıqdan məhrum edilən anestezioloq Firuz İbrahimovla bağlı apelyasiya şikayəti üzrə məhkəmə Apelyasiya Məhkəməsində davam edəcək:

"Bakı Apelyasiya Məhkəməsində hakim Camal Ramazanov iyunun 10-da tərəflərin razılığı ilə məhkəmə istintaqı aparılmadan prosesin başlanması barədə qərar qəbul etmişdi. Ancaq proses başlayan gün – iyunun 24-də qarşı tərəf hazırlıq iclasında dediyi fikirlərin əksinə olaraq, məhkəmə istintaqının aparılması təşəbbüsü ilə çıxış etdi və məhkəmənin qərarından Ali Məhkəməyə şikayət verdiyini açıqladı. Buna görə də artıq 2 aya yaxındır ki, Apelyasiya Məhkəməsində iş saxlanılıb.

Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə qarşı tərəfin şikayətinə baxıldı. Qarşı tərəf bu dəfə də saxtakarlıq etmişdi: Məhkəməyə teleqram yollamışdı ki, səhhətində yaranmış problemlə əlaqədar prosesdə iştirak edə bilmir. Lakin xəstə olması ilə bağlı heç bir arayış teleqramına əlavə olunmamışdı və biz bunu məhkəmənin təxirə salınması üçün növbəti cəhd kimi qiymətləndirdik".

Vəkilin sözlərinə görə, prokuror da çıxışında Apelyasiya Məhkəməsinin qərarından şikayət verən qarşı tərəfin heç bir səbəb gətirməməsinə diqqət çəkib: "Firuz İbrahimov təqdim etdiyi şikayətdə heç bir səbəb göstərməmişdi, sadəcə, məhkəmə istintaqının aparılmasını istəmişdi. Bu isə əlbəttə ki, prosesi ləngitmək cəhdindən başqa bir şey deyil".

A.Layıcov qeyd edib ki, zərərçəkən Anar Niftəliyev çıxış edib və qarşı tərəfin qanunun formal tərəflərindən sui-istifadə etməklə cəzadan yayınmağa çalışdığı barədə şübhəsini bildirib: "A.Niftəliyev vurğuladı ki, qarşı tərəf bu süründürməçiliklə baş verən cinayətin üstündən iki il keçməsinə nail olmaq və beləliklə də az təhlükəli cinayətlər üçün tətbiq edilən 2 illik zamandan sonra cəza verilməsinin mümkünsüzlüyündən bəhrələnmək istəyir. Ona görə də prosesin qarşı tərəfin iştirakı olmadan aparılmasını və qərarın Apelyasiya Məhkəməsinə tezliklə göndərilməsini xahiş etdi".

Vəkilin sözlərinə görə, Ali Məhkəmə qarşı tərəfin iştirakı olmadan prosesə baxılmasını məqbul sayıb və Firuz İbrahimovun şikayətini rədd edərək, cinayət işi materiallarının Apelyasiya Məhkəməsinə qaytarılmaslı barədə qərar çıxarıb.

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova 23 aprel 2015-ci ildə iki maddə ilə suçlanan anestezioloq Firuz İbrahimov barədə cəzasının məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə iki illik həbs cəzası çıxarılıb.

Zərərçəkən tərəf bu cəzanın həddən artıq yüngül olduğu və cinayətə adekvat olmadığını əsas gətirərək, apelyasiya şikayəti verib.

Hazırda iş Apelyasiya Məhkəməsində, hakim Camal Ramazanovun icraatındadır.

Tarix
2015.08.17 / 17:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla