Yuxarı

Mövsümi qrip və COVİD artır: nə etməli? – TƏBİB

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi haldır. Hər il əhalinin təxminən 5-15%-i influenza virusuna yoluxur, bu isə öz növbəsində dünya miqyasında 3-5 milyon kəskin qrip xəstəliyi və 650 min ölüm halı ilə nəticələnir.

Bu sözləri Axar.az-a açıqlamasında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub:

“İnfluenza el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir və adətən simptomatik müalicə olunur. Xəstələrə izolyasiya qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar”.

N.Mustafayeva influenza virusuna qarşı effektivliyi sübuta yetirilən vaksinlərin olduğunu qeyd edib:

“Vaksinasiya ilə yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

2022-2023-cü il qış mövsümündə influenza ilə paralel olaraq RSV və COVID-19 virusuna yoluxma hallarının da artması nəzərə çarpıb. 1 dekabr 2022-ci ildə ÜST tərəfindən yayımlanan bəyanatda əhaliyə qrip və COVID-19 viruslarına qarşı vaksinasiya olunmaq, şəxsi gigiyena və izolyasiya qaydalarına əməl etmək tövsiyə olunub. Bununla siz, səhiyyə xidmətlərinin və işçilərinin yüklənməsinin qarşısının alınmasına və keyfiyyətli tibbi xidmətin əlçatanlığının qorunub saxlanılmasına öz töhfənizi verə bilərsiniz”.

Mütəxəssisin sözlərinə görə, hazırda dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır. İstəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisələrinə müraciət edə bilərlər.

Tarix
2023.01.09 / 15:05
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla