Yuxarı

Qəfil ölümlər: bu qidalardan imtina edin - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəfil ölümlər: bu qidalardan imtina edin - Xəbərdarlıq

Son illər 40 yaşdan yuxarı şəxslərin gözlənilməz, qəfil ölümləri artıb. Bunun əsas səbəblərindən biri kimi isə oturaq həyat tərzi və qidalara diqqət edilməməsi göstərilir.

Axar.az xəbər verir ki, Rusiyalı alim, həkim-endokrinoloq Zuxra Pavlova 40 yaşdan yuxarı olan insanların qidalanmada nələrə xüsusi diqqət yetirmələri gərəkdiyini açıqlayıb.

Həkimin sözlərinə görə, xüsusilə bu yaşdan sonra pəhrizə diqqət edilməlidir, şəkər və ətdən istifadə azalmalıdır:

“Şəkər yüksək qlisemik indeksi olan qidalardan biridir. Beynin qocalmasını sürətləndirir, bədxassəli hüceyrələr üçün əla “yanacaq”dır. Şəkər birləşdirici toxumanın zülalını zədələyir, dərini, qan damarlarını, daxili orqanları qocaldır və kataraktaya səbəb olur”.

O, şəkərli qazlı içkilər və şirələrdən, xəmirdən, yağlı desertlərdən imtina etməyi və mümkün qədər ağ çörək, kartof, makaron, düyü, dənli bitkilərdən az istifadə etməyi tövsiyə edib:

“40 yaşdan yuxarı insanların əksəriyyəti fiziki fəaliyyətini azaldır. Ona görə də istehlak edilmiş və sərf olunan kalorilərin balansını qorumaq üçün pəhriz lazımdır. Yaxud daha çox hərəkət edin ki, əlavə yağlar yığılmasın”.

O, həmçinin qeyd edib ki, ət zülalını (xüsusilə qırmızı əti) həzm edən fermentlərin sayı yaş artdıqca azalır. Ondan tamamilə imtina etmək lazım deyil, lakin istifadəsini həftədə iki dəfəyə qədər azaltmaq lazımdır:

“Fəst-fuddan isə qəti imtina edilməlidir. Çünki fəst-fud gəncliyi və sağlamlığı “oğurlayır”. İşlənmiş və qızardılmış qidalar, xüsusən də ət qaraciyərin, qan damarlarının və oynaqların iltihabına səbəb olur. Nəticədə dəri, maddələr mübadiləsi, piylənmə ilə bağlı problemlər yaranır”.

Tarix
2023.06.11 / 13:59
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla