Yuxarı

Diqqət: soyuqdəyməni araqla müalicə etmək olmaz

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: soyuqdəyməni araqla müalicə etmək olmaz

Soyuqdəymə və qripi evdə özbaşına araq, sirkə və antibiotiklə müalicənin fəsadları barədə xəbərdarlıq edilib.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə danışan terapevt Yuliya Valeyeva bildirib ki, xalq arasında qripi müalicə zamanı geniş yayılmış türkəçarələr bitki çayları, araq içmək, buruna soğan, spirt tökmək, sirkə çəkmək, antibiotik qəbul etməkdir. Lakin bunların 90%-i müalicə etmir.

“Çox vaxt xəstələr arağa istiot töküb başa çəkməklə bədəni, qanı isidib, mikrobları öldürdüyünü düşünür. Əksinə, bununla orqanizmə əlavə stress verib, selikli qişaları yandırır, daha çox iltihab yaradırlar.

Ağciyərlərdə boğucu öskürək, bəlğəm gələndə isə nəfəs yollarına müxtəlif müdaxilələr edib, antibiotik və bəlğəmgətiricilər içib, vəziyyəti daha da pisləşdirirlər.

Soyuqdəymə və qripdə antibiotik qəbulu rol oynamır, çünki bu dərmanlar virusu yox, bakteriyaları məhv edir. Xəstələnən kimi ailə həkiminə müraciət edib, yataq rejimində olub, bol maye için”.

Tarix
2023.09.14 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla