Yuxarı

Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə...

Səhər yeməyindən imtina etmək ürək sağlamlığına mənfi təsir göstərir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bunu Mayo Klinikasının kardioloqu Françisko Lopez-Jimenez bildirib.

Onun fikrincə, səhər yeməyi yeməmək effektiv şəkildə çəki atmağa mane ola bilər. Üstəlik, bu zaman ürək-damar sistemi ilə bağlı xoşagəlməz hallarla da üzləşə bilərsiniz.

Həkim izah edib ki, çoxsaylı araşdırmalar günün ilk yeməyinin sağlamlıq üçün əhəmiyyətini sübut edib:

“Müxtəlif ölkələrin alimləri belə qənaətə gəliblər ki, səhər yeməyindən imtina edən insanlarda ürək xəstəliklərinə tutulma riski artır. Bəzi elmi araşdırmalar da infarktların səhər saatlarında baş vermə ehtimalının daha çox olduğunu göstərib”.

Kardioloqun sözlərinə görə, ürək sağlamlığı üçün təhlükənin bir hissəsi səhər saatlarında adrenalin səviyyəsinin artması ilə bağlıdır.

“Adrenalin bədənin stress və ya təhlükəyə cavab olaraq istehsal etdiyi bioloji aktiv maddədir. O, ürək dərəcəsini stimullaşdırmağa, bronxları genişləndirməyə, qan təzyiqini artırmağa və qan qlükoza səviyyəsini saxlamağa kömək edir. Qida olmadıqda, bədəndə stress vəziyyəti arta bilər. Bu da öz növbəsində, ürək-damar sisteminin həddindən artıq yüklənməsinə səbəb olur.

Səhərlər yemək yeməmək arıqlamağa çalışan insanlar üçün də zərərlidir. Bu cür pəhriz nəinki arıqlamağa kömək etmir, həm də axşam və yatmazdan əvvəl həddindən artıq yeməyə səbəb olur”, - deyə həkim vurğulayıb.

Tarix
2024.08.01 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla