Yuxarı

Dərmanları soyuducuda saxlamaq olarmı? - Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərmanları soyuducuda saxlamaq olarmı? - Ekspert

Dərmanları evdə xüsusi yerdə, xüsusi şəraitdə saxlamaq lazımdır. Bəziləri mətbəx, bəziləri hamam şkaflarına yığır, bəziləri soyuducuya qoyur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kimya elmləri namizədi Aleksey Panov dərmanları harda saxlamaq barədə danışıb.

“Dərmanların saxlanması şəraiti onların keyfiyyətinə, effektinə təsir edir. Dərmanları hamam otağında saxladıqda yüksək rütubət dərman formalarını dağıda bilər. Mətbəxdə isə yüksək hərarət, sobanın istiliyinin təsirindən tərkibi dəyişir. Optimal yer soyuducudur, amma orda xüsusi konteynerdə saxlanmalıdır ki, qoxulu və rütubətli ərzaq məhsulları ilə təmasda olmasın.

Diqqət yetirin ki, dərman qutusu, qablaşması pozulmasın, əzilməsin, qapaq açıq qalmasın. Elə dərmanlar var ki, tərkibindəki maddələr işıq, hərarət, rütubətə həssasdır. Bəzi vitamin və antibiotiklər UVÇ şüalarının təsirindən parçalanır. Ona görə dərmanları qaranlıq, quru, sərin yerdə saxlamaq lazımdır.

Dərmanları soyuducuda saxlasaz da, müddəti bitmiş dərmanı içməyin”, - Panov qeyd edib.

Tarix
2024.11.23 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla