Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir cəmiyyət intellektual inkişaf səviyyəsində əhəmiyyətli dəyişikliklər yaşayır və bu dəyişikliklər COVID-19 pandemiyasından çox əvvəl başlayıb.

Axar.az Aztibb.az-a istinadən xəbər verir ki, beynəlxalq PISA (Beynəlxalq Şagirdlərin Qiymətləndirilməsi Proqramı) testlərinin nəticələri göstərdiyi kimi, əqli geriləmə prosesini 2010-cu ildən izləmək olar.

Araşdırmaya görə, inkişaf etmiş ölkələrdə yetkin əhalinin dörddə biri əsas riyazi problemləri həll etməkdə çətinlik çəkir, ABŞ-da isə bu rəqəm 35 faizə çatır. Bundan əlavə, uzun müddət bir işə cəmləşə bilməyən 18 yaşlı gənclərin sayı demək olar ki, iki dəfə artıb. Sorğuda iştirak edənlərin yarısı ildə yalnız bir kitab oxuya bilib. Bir çox tədqiqatçı və jurnalist diqqətin və zehni qabiliyyətin bu sürətlə azalmasının səbəbini müasir texnologiyaların: smartfonlar, sosial şəbəkələr və TikTok-da izlədikləri qısa videolar ilə əlaqələndirirlər.

Ancaq problem daha dərində ola bilər. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsinin antropologiya kafedrasının dosenti Stanislav Drobışevski, neandertalların beyin həcminin orta hesabla müasir insanlarınkından daha böyük olduğuna bildirib. Müasir cəmiyyət kollektiv intellektə arxalanır və resurs tutumlu neyronları ilk növbədə peşəkar bilik və bacarıqlara sərf edir.

Eyni zamanda, bir paradoks da var: intellektual böhrandan danışılsa da, teatrlar, filarmoniyalar, sərgi salonları tez-tez dolu olur, gənclər isə aktiv şəkildə ikinci və üçüncü ali təhsil alır, ssenaristlik kurslarına gedir, şəhərin qəhvəxanalarında həvəslə noutbukda işləyirlər. Bu ziddiyyət onu göstərir ki, hər şey o qədər də aydın deyil.

Bəzi ekspertlər hesab edir ki, cəhalətin artmasının səbəbləri beyindəki bioloji dəyişikliklərdə deyil, sosial-mədəni tendensiyalardadır. “Asan pul” və “zəhmətsiz yaşamaq” ideallarının yayılması, həmçinin aşağı giriş həddi ilə əyləncə məzmununun üstünlüyü insanlarda dərin bilik və tənqidi düşüncənin artıq lazım olmadığını hiss etdirir. Bununla belə, sual qalır: bu, intellektin ümumi azalmasının sübutudur, yoxsa sadəcə müasir cəmiyyətdə dəyişən prioritetlərin əksidir?

Tarix
2025.03.22 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan bu danışıqlardan xəbərsizdir - XİN

1123-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Kreml vasitəçilik inadından əl çəkmir: Xovayev yenə gəlir

İranda azərbaycanlılar ayağa qalxdı - Video

Suriya lideri Putindən bunu tələb edir

Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı

Prezident tapşırığı: bu türk ölkəsinə yardım göndərildi

ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin

Türkiyədə kütləvi aksiyalar: nəticə nə ola bilər? – Türk ekspert

Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla