Yuxarı

Soyuq suyun möcüzəsi: Arıqlamaq və şəkərdən qorunmaq...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soyuq suyun möcüzəsi: Arıqlamaq və şəkərdən qorunmaq...

Dənizdə çimmək arıqlamağa kömək edir. 20 dərəcədən aşağı temperaturda üzmək bədəndə yağların əriməsinə səbəb olur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, morj üslubunda - yəni soyuq suda üzmək bir çox insan üçün qorxulu görünsə də, araşdırmalar bunun sağlamlığa ciddi faydalar verdiyini göstərir. Məlum olub ki, su nə qədər soyuq olarsa, diabet riskindən qorunmaq və bel incəlməsi bir o qədər asan olur. Genişmiqyaslı tədqiqatlar göstərib ki, qış üzgüçülüyü kişilərdə piy miqdarını azaldır və insulin müqavimətindən qoruyur.

Norveçin Arktika Universitetinin alimləri soyuq suda üzməyin bir sıra müsbət təsirlərini müəyyən ediblər. Bu vərdiş əhval-ruhiyyəni yaxşılaşdırır, libidonu artırır. Bununla belə, soyuq suyun hipotermiya, ürək və ağciyər problemləri riski yaratdığı da vurğulanır.

Soyuq su bədəndə artıq yağları yandıran hormonların ifrazını sürətləndirir və piylənməyə qarşı qoruma təmin edir.

Norveçli tədqiqatçılar bu sahədə 104 elmi araşdırmanın nəticələrini birləşdirərək meta-analiz aparıblar.

Məlum olub ki, 20°C-dən aşağı temperaturda çimmək qəhvəyi yağ toxumasını aktivləşdirir. Bu toxuma bədən istiliyini saxlamaq üçün kalori sərf edir. Eyni zamanda, insulin müqaviməti və diabetə qarşı qoruyucu rol oynayan adiponektin adlı zülalın səviyyəsi artır.

Tarix
2025.07.18 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla