Yuxarı

Bakıda bu film gizli təqdim olundu: nədən qorxdular? - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu film gizli təqdim olundu: nədən qorxdular? - Video

Mayın 17-də Bakıda Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü münasibətilə “Bədənimə günəş” adlı filmin premyerası baş tutub.

Kult.az Publika.az-a istinadla xəbər verir ki, rejissoru və ssenari müəllifi Miray Dəniz İsmayıl, operatoru Nigar Səfərova olan bədii film lezbiyan cütlüyün, ailə həsrəti çəkən trans qadının və sevgilisi ilə münasibətləri qaydasında olmayan gey oğlanın hekayələrindən bəhs edir. Film boyunca tamaşaçılar onların çətinliklər qarşısında yaşadıqları duyğulara və aldıqları qərarlara şahidlik edir.

Qeyd edək ki, film "Minority Azerbaijan" layihəsi çərçivəsində çəkilib. Filmin nümayişi “Baku Community Space”lə əməkdaşlıq çərçivəsində və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.

Amma niyə məhz dar çərçivədə? Filmin yaradıcılarının cəmiyyətə vermək istədikləri mesajlar nədən ibarətdir və hansı auditoriyaya hədəflənib?

Araşdırma zamanı aydın oldu ki, sözügedən filmlə, hətta onun təqdimat mərasimi ilə bağlı “BBC azərbaycanca”nı çıxmaq şərtilə, heç bir media orqanında məlumat yayımlanmayıb. Təqdimat mərasimində də az sayda izləyici iştirak edib. Bütün bunlarla bağlı ətraflı məlumat almaq istəsək də, “Minority Azərbaycan” təşkilatının koordinatoru və filmin rejissoru suallarımızı cavablandırmaqdan imtina etdi.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi isə sorğumuza hələ də cavab verməyib.

Tarix
2022.05.27 / 14:23
Müəllif
Kult.az
Digər xəbərlər

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla