Yuxarı

Axar.Az Logo carnation

Rusiya ən böyük diasporumuzu ləğv etməyə hazırlaşır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ən böyük diasporumuzu ləğv etməyə hazırlaşır

Bu il mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiasına da üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

APA-nın Rusiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib: "Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb.

Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib".

Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

Azərbaycanda isə ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə iddiası etiraza səbəb olub. Diaspor təşkilatları, ictimai-siyasi xadimlər, millət vəkilləri bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildiriblər.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Tarix
2017.05.12 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla