17:33
Azərbaycan Respublikası Prezidenti Səyyaf İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səyyaf Fətiş oğlu İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülüb:
Abdullayev Toğrul Namiq oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Əlizadə Mirəli Hüseyn oğlu – Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İbrahimova Lalə Azər qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi
Məhəmmədəlizadə Behnam Məhta Səid qızı – Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Atilla Yasin oğlu – Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Orucov Nihad Vüqar oğlu – Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi
Sədizadə Cəmil Əliağa oğlu – Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Talıblı Kamran Həsən oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Yusifzadə Cavid Azər oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi.
18:16
İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Bayramov Sabir Mehralı oğlu
Vəlibəyov Abbas Soltan oğlu
Yusifzadə İbrahim Yusif oğlu
“Tərəqqi” medalı ilə
Abbasov İlqar Tələt oğlu
Abdullayev Ərşad Haqverdi oğlu
Ağayev Tariyel Məmməd oğlu
Alıyev Eyyub Hüseyn oğlu
Alnağıyeva Nərminə Mövsüm qızı
Atakişiyev Əli Yusif oğlu
Bağırov Eyvaz Ağabağır oğlu
Bağırov Mais Böyük Ağa oğlu
Camayev Cəbrayıl Cəlil oğlu
Əhmədov Məhərrəm Sayəddin oğlu
Əliyev Eyvaz Xotkər oğlu
Əliyev Ələddin Qurban oğlu
Əliyev Firon Baxtiyar oğlu
Əsgərov Firudin Nəriman oğlu
Fərzəliyev Arif Aydın oğlu
Heydərov Səyavuş Cəmil oğlu
Həsənov Qabil Nəbi oğlu
Həsənov Möhübbət Bərxudar oğlu
Həsrətova Mariya Mürsəl qızı
Hüseynov Rasim Vaqif oğlu
İsrafilov İsrail Ağa oğlu
Kərimov İldırım Şikar oğlu
Kərimova Məleykə Məhəmməd qızı
Qasımov Şahnəzər Seyidbaba oğlu
Qədirov Nəsir Lələkişi oğlu
Qurbanov İlqar İskəndər oğlu
Qurbanov Şaiq Mücrəvan oğlu
Məmmədov Qərib Fəzan oğlu
Məmmədov Məhərrəm Əliquli oğlu
Məmmədov Mətləb Tahar oğlu
Məmmədov Natiq Nəsir oğlu
Məmmədov Rafiq Əhməd oğlu
Məmmədov Telman Hüseyn oğlu
Məstanov Telman Qənimət oğlu
Mikayılov Qadir Kazım oğlu
Musayev İlqar Xosrov oğlu
Nasırov Nizami Fasi oğlu
Nəcəfov Dünyamalı Cəlil oğlu
Rəsulov İlham İlyaz oğlu
Rzayev Əli Hüseyn oğlu
Səmədov Raqif Tanırverdi oğlu
Surxayev Vadim Şərifoviç
Tağıyev Cəfərqulu Mazan oğlu
Vəliyeva Ramilə Xurşud qızı
Zahirov Xanəhməd Sahib oğlu
Zeynalov Ülvi Zöhrab oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abbasov Oktay Abbas oğlu
Abbasov Sahib Sabir oğlu
Abbasov Sənan Qarakişi oğlu
Abdullayeva Dilbər Dayandur qızı
Abışov Gündüz Fəxrəddin oğlu
Abıyev Samid Hüseyn oğlu
Abuşov Səfər Məhəmməd oğlu
Ağabalayev Samir Rasim oğlu
Ağayev Anar Səfaqət oğlu
Ağayev Davud Nağı oğlu
Aslanbəyova Nərmin Rafiq qızı
Aslanov Şaiq Aslan oğlu
Babayev Hacıbaba Adil oğlu
Babayev Hüseyin Məhəmməd oğlu
Baxışova Ulduz Baxşalı qızı
Balaqardaşov Fədayi Qardaşbala oğlu
Bayramov Cavid Fəzail oğlu
Bayramov Rafiq Bayram oğlu
Bayramova Xalidə Nuru qızı
Bədəlov Kamran Oktay oğlu
Bəhbudova Ülviyyə Xanlar qızı
Cəlil-Xoca Nailə Səyyad qızı
Dövlətov Vidadi Sənan oğlu
Ellazova Lalə Rafiq qızı
Eyvazova Gülnarə Əli qızı
Əhmədov Adil Məmməd oğlu
Əkbərov Afət İltifat oğlu
Əkbərova Elmira Elman qızı
Ələkbərov Hikmət Həsən oğlu
Ələkbərova Mədinə Fazil qızı
Əliyev Elçin Nəriman oğlu
Əliyev Fayiq Çərkəz oğlu
Əliyev Hicran Əmir oğlu
Əliyev İlqar Kamal oğlu
Əliyev Mahir Yusif oğlu
Əliyev Natiq Həsən oğlu
Əliyev Rəşid Yusif oğlu
Əliyeva Qumru Yəhya qızı
Əliyeva Səidə Mirvaqif qızı
Əliyeva Turqayə Yadigar qızı
Əliyeva Zenfira Ağahüseyn qızı
Əmiraslanov Fikrət Calal oğlu
Əsədov Dünyamin Əmiraslan oğlu
Əsədova Aygün Vaqif qızı
Əsgərova Qumru Xanbaba qızı
Əşrəfov Arif Əşrəf oğlu
Əzizov Əlövsət İsa oğlu
Əzizova Zərifə Müseyib qızı
Hacıyev Rəşad Zülfəli oğlu
Hacıyeva Ülviyyə Teymur qızı
Haxıyev Üfüq Gülağa oğlu
Haqverdiyev Yusuf Əkbər oğlu
Həsənov Fəzail Cəfər oğlu
Həsənov İsa Tahar oğlu
Həsənov Təbriz Oruc oğlu
Həsənova Xuraman Səfər qızı
Həşimov İbad Balarza oğlu
Hümbətov Mirzağa Adil oğlu
Hüseynov Emin Azər oğlu
Hüseynov Səxavət Şamil oğlu
Xasayeva Ülviyyə Qələndər qızı
Xıdırov Akif Xasay oğlu
Xoçberov Aydın Məhəmmədoviç
İbişov Şücaət Zabi oğlu
İbrahimli Məhərrəm Muştuluq oğlu
İbrahimov Arif Valeh oğlu
İbrahimova Kəmalə Xanlar qızı
İbrahimova Qızılgül Məhərrəm qızı
İbramxəlilov David Nurəddin oğlu
İmanov Əbülfət Rəşid oğlu
İsayev İlqar Veysəl oğlu
İsayev Vüsal İbrahim oğlu
İsayeva Məhbubə Bəkir qızı
İsgəndərov Elşad Eyvaz oğlu
İsmayılov Ramiz Əziz oğlu
İsmayılov Zülfəli Üzeyir oğlu
Kərimov Etibar Süleyman oğlu
Kərimov Gülgün Kərim oğlu
Kərimova Aysel Nəbi qızı
Qasımova Nigar Vaqif qızı
Qasımzadə Elman Qabil oğlu
Qayıbov Adil Vəli oğlu
Qəhrəmanova Nazilə Qəşəm qızı
Qənbərli Şəfa Fikrət qızı
Qəniyev Mahir Zakir oğlu
Qəni-zadə Ramiz Tofiqi oğlu
Qubatov Fərhad Barat oğlu
Quliyev Məhəmməd Qulu oğlu
Qurbanov Kazım Əvdil oğlu
Qurbanov Rövşən Qiyas oğlu
Mahmudov Rüstəm Bəhruz oğlu
Mahmudova Lalə Əmirəli qızı
Mahmudova Şəhla Əvəz qızı
Mehdiyev Vaqif Mehdi oğlu
Məlikov Habil Ağaxan oğlu
Məlikov Mahir Emin oğlu
Məmmədəlizadə Vüqar Həsrət oğlu
Məmmədov Çingiz Yavər oğlu
Məmmədov Elgün Vaqif oğlu
Məmmədov Elman Həmid oğlu
Məmmədov Nahid Qədir oğlu
Məmmədov Namiq İsfəndiyar oğlu
Məmmədov Rifat Nadir oğlu
Məmmədov Şamil Məmməd oğlu
Məmmədova Şəhla Əvəzrəhim qızı
Mikayılov İqbal Şahbaba oğlu
Mirzəliyev Əfsar Xasay oğlu
Mirzəyev Gündüz Suvarağa oğlu
Mirzəyev Rasim Təzəxan oğlu
Mirzəyev Tofiq Ocaqqulu oğlu
Mirzəyeva Şövqalə Bahadır qızı
Muğanlinskaya Səbinə Oktay qızı
Muradov Elxan Xanlar oğlu
Musayev Cavad Davud oğlu
Musayeva Ellada Valeh qızı
Mustafayev Elman Əkbər oğlu
Mustafayeva Gülarə Binnət qızı
Nağıyev Rüstəm Vaqif oğlu
Nağıyeva Aidə Nazim qızı
Nəbizadə Məzahir Zahid oğlu
Nəcəfalıyev Nəcəfalı Əziz oğlu
Novruzov Vüqar Vahid oğlu
Osmanov Ramil Məhəmməd oğlu
Rəhimov Taib İzətulla oğlu
Rəhimova Günel Musa qızı
Rəhimova Sevinc Mübariz qızı
Rzayev Fizuli Hümbət oğlu
Sarıyeva Fərqanə Əli qızı
Səlimov Oleq Ənvər oğlu
Sultanov Nadir Rafiq oğlu
Süleymanov İlqar Sərdar oğlu
Süleymanova Şəhla Ənvər qızı
Şahbazov Pöhran Əlifağa oğlu
Şahsuvarova Günel Ağa İsmayıl qızı
Şəfizadə İlkin Fəxrəddin oğlu
Talıblı Ramin Ramiz oğlu
Teymurov Vüqar Kamalan oğlu
Vəlibəyov Nazir Məhyəddin oğlu
Vəliyev Nəsrulla Əhməd oğlu
Yusibov Musa Əli oğlu
Yusifov Cavanşir Əmiralı oğlu
Yusifov Elşad Lətif oğlu
***
İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28.13-cü maddəsinin birinci cümləsində, 29.7-ci və 29-1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
3.2. həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 29.3-cü maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur;
3.3. həmin Qanunun 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı və 29.7-ci maddələrində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir;
3.4. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum:
3.4.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuraları;
3.4.2. məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apellyasiya Şurası;
3.4.3. bu Fərmanın 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərində nəzərdə tutulan dövlət orqanları istisna olmaqla, Apellyasiya Şurası yaradılmayan digər dövlət orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasıdır", - fərmanda qeyd edilir.
***
Prezident İlham Əliyevin imzaladığı digər fərman aşağıdakı kimidir:
“Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 703-VQD nömrəli Qanununun tətbiqi haqqında;
***
İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 701-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 701-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 702-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 702-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 704-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 704-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
19:30
İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti öz fəaliyyətlərini davam etdirsinlər.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Fərman:
“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında;
21:05
Fərmanlar:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 201-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 566 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 332-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli 639 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə;
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında;
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 672-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 918 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;
22:57
Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 sentyabr tarixli 2301 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 sentyabr tarixli 2301 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1498) 2-ci hissəsində “onlara bir il müddətində” sözləri “işçilərə bir il müddətində, könüllülərə 2018-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilsin.
***
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;
“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;