Yuxarı

Ərdoğan açıqladı: Bunu şəxsən özüm Putinə demişdim

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan açıqladı: Bunu şəxsən özüm Putinə demişdim

17:02

Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəlib.

Axar.az xəbər verir ki, Putini Əsənboğa hava limanında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və digər rəsmi şəxslər qarşılayıb.

Rəsmi qarşılamadan sonra Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün prezident iqamətgahına yollanıb.

Rəcəb Tayyib Ərdoğan Vladimir Putini qarşılayıb.

18:11

Bu gün tarixi ana şahidlik edirik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə birgə Ağquyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

“Ağquyu" bütün terminalları ilə fəaliyyət göstərdikdə ölkəmizin elektrik enerjisinə olan ehtiyacının 10 faizini qarşılayacaq. Rusiya ilə regional sahədə əməkdaşlığımızı hər gün daha da artırmağı hədəfləyirik”, - dövlət başçısı deyib.

Putin də öz növbəsində qeyd edib ki, hədəf 2023-cü ildə stansiyanı təhvil verməkdir.

18:38

Ağquyu Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub.

Ərdoğan və Putin təməlqoymanın rəmzi olan düyməni basıblar.

20:40

Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.

Mətbuata qapalı keçirilən görüş 1,5 saat davam edib.

Görüşdən sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı başlayıb.

21:07

Türkiyəyə S-400 havadan müdafiə sisteminin verilməsi Moskva və Ankara arasında hərbi əməkdaşlığın prioritetidir.

Bu sözləri Rusiya lideri Vladimir Putin deyib.

***

Afrində aparılan “Zeytun budağı” əməliyyatı ilə bağlı şəxsən özüm cənab Putinə məlumat vermişəm.

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasından sonra təşkil edilən media konfransında çıxışı zamanı deyib.

Tarix
2018.04.03 / 21:53
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Azərbaycana səfəri: Ermənistanla sülh, Zəngəzur dəhlizi...

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla