Yuxarı

Paşinyan AŞPA-da sübut etdi ki, Qarabağın həlli... – Təhlil

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 11-də AŞPA-da Strasburqdakı tribunadan istifadə edərək özünü yenidən “sülh çarçısı” kimi göstərməyə çalışdı. Bu Paşinyanın növbəti hiyləgər gedişidir.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Mərkəz bildirir ki, iki dünya müharibəsi görən, dağılan və yenidən qurulan Avropa bu gün pasifist olduğundan sülhdən danışan istənilən lideri dinləməyə hazırdır:

“Ancaq gərək Strasburqda Paşinyanı dinləyənlər onu sual yağışına tutaydı ki, işğala son qoyan ədalətli sülh, yoxsa bölgəni növbəti müharibəyə sürükləyən sülh? Paşinyan kreativ görünməyə çalışır və Strasburqdakı çıxışında bu strategiyasını davam etdirdi. Paşinyan Azərbaycan Prezidenti ilə görüşlərini müsbət adlandırdı, ancaq onu da əlavə etdi ki, gərək iki ölkənin cəmiyyətləri arasında dialoq başlasın. Bu, Paşinyanın növbəti hiyləgər açıqlamasıdır. Beynəlxalq təşkilatların və həmsədlərin istənilən bəyanatında eyni cümlə yer alıb”.

Təhlildə Paşinyanın “Münaqişənin istənilən həll variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır” fikirlərinə də yer ayrılıb:

“Göründüyü kimi, o, münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Münaqişənin həlli niyə ilk növbədə Ermənistan xalqının maraqlarına uyğun olmalıdır? Paşinyan ədalətli görünmək üçün sonda Azərbaycan xalqının da adını çəkir. Yəni Paşinyan “münaqişənin həlli həm də Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır” açıqlaması ilə sanki böyük güzəştə getdiyini vurğulmağa çalışır və eyni yanaşmanı rəsmi Bakıdan da gözlədiyini bildirir. Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən həll yolu bölgədə yaşayan bütün xalqların maraqlarına uyğun olacaq və bu bölgədə sülhün, sabitliyin və inkişafın əsasını qoyacaq”.

Mərkəz Paşinyanın Strasburqdakı çıxışının sonrakı hissəsində AŞPA-ya daş atdığını qeyd edir:

“Paşinyanın sözlərinə görə, 2016-cı il Aprel müharibəsinə həm də həmin ilin qış sessiyasında bu beynəlxalq təşkilatdakı müzakirələr səbəb olub. Bəli, həmin il AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamə qəbul edilib. Paşinyan demək istəyir ki, rəsmi Bakı həmin qətnaməyə əsaslanaraq hücum əməliyyatına başlayıb. Məsələ burasındadır ki, beynəlxalq təşkilatların Qarabağla bağlı bütün qətnamələri Azərbaycanın lehinədir və Azərbaycan Ordusu bu qətnamələrdən istənilən birinə istinad etməklə hücum əməliyyatına başlaya bilər. Paşinyanın AŞPA-dan başqa bir narazılığı da var idi ki, AŞPA Dağlıq Qarabağda demokratik institut və vətəndaş cəmiyyətinin inkişafı üçün heç nə etmir və qeyri-hökumət təşkilatlarına dəstəyi sıfırdır. Bu, AŞPA-nın siyasi fəlsəfəsinə ziddir və Avropanın dağılmasını sürətləndirə bilər”.

Mərkəz Paşinyanın Strasburqda Dağlıq Qarabağ münaqişəsinin yalnız Minsk Qrupunun üç həmsədr formatı çərçivəsində müzakirə olunması ilə bağlı fikirlərinin səbəbsiz olmadığını vurğulayıb:

“Ermənistanın baş nazirinin qorxusunu anlamaq olar. Türkiyə-Rusiya münasibətləri son illər strateji xarakter alır. İrəvan qorxur ki, bir gün Ankara da Moskva ilə işbirliyi əsasında münaqişənin həlli prosesində rol almaq istəyəcək. Bu, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışının formalaşmadığı Strasburqdakı çıxışından bir daha aydın oldu. Paşinyanın sözü budur ki, gəlin sülhdən danışaq, fikir mübadiləsi aparaq, dialoq quraq, lazım gəlsə, Sərsəng su anbarından birgə istifadə edək, ancaq münaqişənin konseptual həlli mənlik deyil. 1990-2000-ci illərdə cəmiyyətlər arasında dialoq yüksək səviyyədə idi, Bakı və İrəvanda birgə konfrans və seminarlar keçirilirdi, qeyri-hökumət təşkilatları hətta birgə layihələrdə iştirak edirdilər. Ancaq bütün bunlar münaqişənin həllini yaxınlaşdırmadı. Çünki münaqişənin həllini sürətləndirəcək qərarları başqaları verməlidir”.

Tarix
2019.04.12 / 15:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla