Yuxarı

Solovyovdan şok: Ermənilər Qarabağda döyüşərək... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyovdan şok: Ermənilər Qarabağda döyüşərək... - Video

Rusiyalı məşhur televiziya aparıcısı, rus şovinist siyasətinin ən aqressiv təbliğat vintciyi funksiyasını qeyri-peşəkar səviyyədə icra edən Vladimir Solovyov yenidən Azərbaycana qarşı provokasiyaya əl atıb.

Axar.az xəbər verir ki, “Vladimir Solovyovla axşam” verilişində çıxış edən Solovyov Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına qoyub. Belə ki, Donbas böhranının müzakirə olunduğu verilişdə qondarma Luqansk “respublikası” nümayəndəsinin çıxışını kəsən Solovyov gözlənilmədən və heç bir aidiyyəti olmadan Ukraynanın Avropa Hərəkatı təşkilatının sədri Vadim Trüxan müraciət edərək, “Qarabağ kimindir?” sualını verib.

Trüxan Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etməsinin ardından Solovyov əxlaqsız və aparıcıya yaraşmayan kinayə ilə yenidən ekspertdən “Bəs Ermənistan buna necə reaksiya verir?” sualına cavab istəyib. Bundan sonra Trüxanovun cavabına imkan verməyən Solovyov yenidən ona kinayəli şəkildə Paşinyanın Ukraynanın Qarabağla bağlı indiki mövqeyi ilə razı olub-olmamasını soruşub. Daha sonra özünü daha böyük erməni kimi hiss edən Solovyov “Sən Qarabağ uğrunda döyüşsəydin bilərdin ki, orada nə qədər insan qanı axıb və bu, erməni xalqını necə qəhrəmanlıq nümunəsidir. Artsax (Qarabağı nəzərdə tutur – red.) harda olmalıydısa, orda olma haqqını da əldə etdi (Solovyov Qarabağı ermənilərin “qəhrəmanlıqla döyüşüb almasına” haqq qazandırdığını ifadə edir – red.)

Zəruri olaraq xatırladaq ki, Dağlıq Qarabağ və onun ətrafında olan əraziləri Rusiya ordusu işğal edərək, ermənilərə verib. Aprel savaşında isə Azərbaycan ordusunun sürətlə irəliləməsinin qarşısını almaq üçün Rusiya 4 aprel tarixində Dağıstanda, Gürcüstanda (Abxaziya) və Ermənistandakı ordusunu eyni gündə, əvvəlcədən elan olunmadan, həyəcan siqnalı ilə ayağa qaldıraraq döyüş təliminə başladı. Yalnız bundan sonra Rusiya liderinin israrlı müraciəti ilə Azərbaycan ordusu öz mövqeyinə geri çəkildi.

Videoya 1:37-dən sonra baxın

Tarix
2019.05.22 / 14:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

Bakıda orqan alveri: tanınmış həkim həbs olundu

Prezidentdən qərar: Merin tabeliyində yeni idarə yaradılır

İlham Əliyev iki fərman imzaladı

Dərsliklər əhəmiyyətini tamamilə itirəcək - Nazir

Azərbaycan üçün yeni imkanlar yaranıb - PA rəsmisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla