Yuxarı

Ankaranın yeni planı: Pəncə-3-ün əsas məqsədi... - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Pəncə-3 əməliyyatı sayəsində bir neçə məqsədinə çatmağa çalışır.

Axar.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib. O deyib ki, Türkiyə ordusunun dünən axşamdan İraqın şimalında başladığı növbəti Pəncə-3 hərbi əməliyyatının bir neçə məqsədi var:

"Birincisi, bu əməliyyatla PKK terror təşkilatının Qəndildən Türkiyə sərhədinə qədər olan uzun məsafədəki fəaliyyətini nəzarət altına almaq hədəflənib. Yəni Türkiyə ordusu PKK-nın bazası sayılan Qəndillə arasındakı məsafəni qısaldır ki, terrorçular özlərini güvəndə hiss etməsinlər. Başqa sözlə Türkiyə ordusu terrorçuları sərhəddən çox uzaqda qarşılayaraq onları neytrallaşdırmağa çalışır. İkincisi, əməliyyat əsasən terrorçuların İraq-Suriya xətti kimi istifadə etdikləri Hakurk bölgəsini əhatə edir. PKK bu bölgənin imkanlarından geniş istifadə edərək, Suriyadakı törəmələriylə əlaqə yaradır. Türkiyə bu əlaqəni də zəiflətməyə çalışır. Üçüncüsü, PKK ölümə göndərdiyi terrorçularının önəmli hissəsini məhz Hakurkda hazırlayaraq Türkiyəyə göndərir. Dördüncüsü, Türkiyə ordusu Pəncə-3 əməliyyatı ilə PKK-nın qışa hazırlıqlarını əngəlləyir. Hakurk bölgəsinin bombalanması PKK üzvlərinin həm Türkiyə sərhədinə yaxınlaşmasını, həm də geri, Qəndilə dönməsini çətinləşdirir”.

Politoloqun sözlərinə görə, Ankara yeni əməliyyat sayəsində həmçinin Suriyada zəifləyən mövqelərini PKK və PYD-yə qarşı İraqda əməliyyatlar keçirməklə gücləndirməyə çalışır:

“Yeni əməliyyatın Türkiyə üçün geosiyasi əhəmiyyəti də var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gündən sonra Moskvaya rusiyalı həmkarı Vladimir Putinlə görüşə gedir. Türkiyənin İdliblə bağlı mövqeləri zəifləyir. Suriya ordusu bu şəhərə xeyli yaxınlaşıb ki, bu da Türkiyənin Suriyadakı maraqlarının əleyhinə işləyir. Türkiyənin İdlib istiqamətdəki mövqeyi zəifləyərkən Ankara PKK və PYD ilə mübarizədə əlini gücləndirməyə çalışır. Əgər keçmiş illərdə İraqın mərkəzi hökuməti və Şimali İraqın kürd liderləri Türkiyənin oxşar əməliyyatlarına etiraz edirdilərsə, hazırki əməliyyata etiraz yoxdur. Türkiyənin terrora qarşı haqlı mübarizəsi anlayışla və ya səssiz qarşılanır. Bu, Türkiyənin də maraqlarına uyğundur”.

Qeyd edək ki, Türkiyə ordusu bu gün İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı Pəncə-3 əməliyyatına başlayıb.

Tarix
2019.08.24 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla