Yuxarı

Bakıda XİN başçılarının görüşü başladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda XİN başçılarının görüşü başladı

Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XVIII sammiti ərəfəsində Xarici İşlər Nazirləri Şurasının görüşü başlayıb.

Axar.az xəbər verir ki, iclası 2016-cı ildən hərəkata sədrlik edən Venesuela Respublikasının Xarici İşlər naziri Xorxe Arreaza açıb.

“Venesuela ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır və Qoşulmama Hərəkatının əsas prinsiplərindən də biri budur. Dünyada ölkələrin xarici təcavüzə qarşı müqavimət göstərməsi, qorunması vacibdir. Lakin təəssüflər olsun ki, bu gün işğalın, hərbi, siyasi müdaxilənin şahidi oluruq”.

XİN rəhbəri Venesuelanın da təcavüz qurbanı olduğunu bildirib:

“Bu isə ölkədə sülh və təhlükəsizliyin əleyhinə yönəlib. Venesuelaya siyasi müdaxilələr iqtisadi, humanitar problemlərə gətirib çıxarır. Venesuela isə dialoq tərəfdarıdır. Biz beynəlxalq hüquqa hörmət edirik. Biz bu istiqamətdə siyasi razılığa gəlmə rolu ilə problemləri həll etmək niyyətindəyik. Biz beynəlxalq hüquqa və prinsiplərə əməl etməyə davam edəcəyik. Qoşulmama Hərəkatının üzvlərinə BMT-nin İnsan Hüquqları Komitəsində bizə dəstək olduqları üçün təşəkkür edirik”.

Tarix
2019.10.23 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla