Yuxarı

Politoloqdan milyarderə: Arvadınla məsələni həll et, sonra...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Əhmədovun təkliflərini “yol xəritəsi” adlandırmağın özü belə gülüncdür. Çünki “yol xəritəsi” anlayışı böyük bir məna kəsb edir. Fərhad Əhmədovun təklifləri isə adi sözlərdir və bunlar ölkədəki sabitliyi pozmağa yönəlib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun gələn il Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi iddialara münasibət bildirərkən deyib. O, Azərbaycan hakimiyyətinin və xalqının onun qərəzli fikirlərinə ehtiyacı olmadığını söyləyib:

“Bu günə qədər Azərbaycanla bağlı hər hansı bir ictimai və siyasi tədbirə qatılmayan şəxs indi birdən-birə ölkəmizi dəyişdirməyə, “demokratikləşdirməyə” cəhd edir. Əslində, diqqətlə baxsaq, görərik ki, bu sözlər F.Əhmədovun təfəkkürünün məhsulu deyil. Hiss olunur ki, bu yazının yazılmasında maraqlı olan insanlar Azərbaycanda köklü islahatların getməsindən narahatdırlar. Diqqət etsək, görərik ki, Azərbaycanda seçkilər ərəfəsində xaricdə yaşayan “milyarderlər”in belə iddiaları ilk dəfə deyil. Səbəb də hamıya bəllidir”.

Politoloq bildirib ki, F.Əhmədov bu təklifləri etməkdə gecikib:

“Əhmədovun təklif etdiyi “yol xəritəsi” artıq Azərbaycanda tətbiq olunmağa başlayıb. Ölkəmizdə demək olar ki, bir neçə ildir hər sahədə köklü islahatlar gedir. Parlament seçkilərindən sonra bu islahatlar daha da genişlənəcək. Yəni Fərhad Əhmədov bu təklifləri etməkdə “gecikib”. Ümumiyyətlə, onun ampluasında olan şəxslər Azərbaycanda baş verən islahatları dərk edəcək təfəkkürdə deyillər. Bu baxımdan yaxşı olar ki, Əhmədov gedib boşandığı həyat yoldaşı məsələsini həll eləsin, siyasət onun üçün deyil”.

Qeyd edək ki, Azərbaycanda, o cümlədən dünyada daha çox arvadından boşanması və beynəlxalq çəhkəmələrdə mülk bölgüsü ilə vaxtaşırı gündəmə gələn, heç vaxt siyasətə qarışmayan və ictimai fəaliyyətlə də məşğul olmayan azərbaycanlı milyarder F.Əhmədov Azərbaycanda seçki ilə bağlı birdən-birə dərc etdirdiyi yazısı ilə təəccübə səbəb olub.

Tarix
2019.12.13 / 14:09
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla